354
bir neçə gün ərzində hər gecə qətlə yetiriləcəyini gözlədi və vaxtını ibadətlə
keçirdi. Nəhayət, bir gecə həmin tayfaya mənsub olan bir necə nəfər əzazil adam
Ģahzadənin yataq otağına gedib, onu boğdular.
ġamxal sultan da Sultan Süleyman mirzəyə qarĢı həmin əməli törətdi.
Onların hər ikisi eyni gecədə Ģəhidlik Ģərbətini içdilər və onların cəsədləri
Ġmamzadə Hüseynin müqəddəs astanasına aparılıb, orada dəfn olundular. Bu
hadisələrdən sonra Pirə Məhəmməd xan [Ġsmayıl mirzənin] Ģəfqətini və
himayədarlığını qazandı. Onun qızı ilə niĢanlı olan Ġsmayıl mirzə həmin qızla
nikah bağladı, Ģahanə bir toy etdi və zifaf yatağına girdi. Bundan əlavə, o, ġamxal
sultan Çərkəzin qızını və Hüseyn xan Xınıslunun
qızını da özünə istədi. O
qızların hər ikisini eyni gecədə hərəmxanaya gətirdilər. [Ġsmayıl mirzə] ustacluların
kürəkəni olduqdan sonra onlara münasibətdə Ģəfqət mövqeyi tutub, Yegan
ġahqulunun övladları olan Ġbrahim sultana və MürĢüdqulu sultana qayğıkeĢlik
göstərdi. O, Ġbrahim sultanı Qəzvin hakimi, MürĢüdqulu sultanı isə Sistan hakimi
təyin etdi. Bununla da ustaclu təbəqəsi öz hörmətini geri qaytardı və bir də heç kəs
onlara qarĢı təcavüz edə bilmədi.
Adlı-sanlı Ģahzadələrdən olan Sultan Ġbrahim mirzə [Ģahın] xüsusi
məclisinin müsahibi və həmdəmi idi. [Ġsmayıl mirzə] ona dedi ki, sən cənnətməkan
Ģahın oğlu səviyyəsində idin, baĢdan-ayağa onun xidmətində durmuĢdun, indi də
mənim qardaĢım yerindəsən və bizim eĢikağasıbaĢımız olmaq sənə münasib olan
bir iĢ deyil. O, onun vəzifəsini dəyiĢib, möhürdar təyin elədi ki, bütün vaxt ərzində
[Ġsmayıl mirzənin] nəzərləri qarĢısında əyləĢib, onunla danıĢmaq və söhbətləĢmək
Ģərəfinə nail olsun. EĢikağasıbaĢı mənsəbi isə Hüseynqulu sultan ġamluya
tapĢırıldı. Cənnətməkan Ģahın mustovfi əl-məmaliki olan Mirzə ġükrulla Ġsfahani
ali divanın vəziri təyin edildi. Mustovfiyi-bəqaya Mir ġahqazi isə mustovfi əl-
məmalik vəzifəsinə gətirildi.
Cülus üçün təyin etdiyi günə hələ çox vaxt qaldığından [Ġsmayıl mirzə]
məmləkət məsələlərinin intizamına müdaxilə etmədi və öz diləklərini ərz etmək
üçün ali taxtın ətəklərinə toplaĢmıĢ olan türklərdən və taciklərdən, hərbçilərdən və
rəiyyətdən ibarət camaatın mətləblərinin həll edilməsini taxta çıxacağı günə vəd
etdi. Bu arada o, dövlətxanada elə imarətlər düzəltdirirdi ki, bu iĢ üçün orada hər
gün mahir ustalar çalıĢırdılar və hər bir sənətkarın üstündə qızılbaĢların mötəbər
Ģəxslərindən biri sərkar dayanırdı. Bir sözlə, o, səltənətinin əsasını və padĢahlığının
təmtərağını elə bir qayda ilə qurdururdu ki, sanki qeysərlə xaqanı özünün aĢağı
səviyyəli mülazimlərindən sayırdı. Onun əzəmətinin və hökmranlığının Ģan-
Ģöhrəti, səltənət və iqtidarının cah-calalının avazı ətraf üfüqlərdə elə bir tərzdə
ucalmıĢdı ki, ona qarĢı çıxmaq fikri Ģövkətli padĢahların xəyalına gəlmirdi və
bütün sərhədlər əmirlərdən, mühafizlərdən və əsgərlərdən xali olduğu halda, heç
bir düĢmənin qüdrəti çatmırdı ki, itaətkarlıq yolunu tərk edərək, məmləkət
S-129, v.169b. Tehran çapında (s.198) XəbəĢlü yazılmıĢdır.