349
Xüləfa əsla təsəvvür etmədiyi və ağlından keçirmədiyi bu vəziyyəti
müĢahidə etdikdə beyninə heyrət tüstüsü yol tapdı və günortayadək evin qapısı
ağzında günahkarlar kimi əyləĢdi. Rumlu camaatının və baĢqalarının böyük
əksəriyyəti günün əvvəlində ona xoĢ münasibət göstərdi. Ġsmayıl mirzə bir nəfəri
bayıra göndərib bildirdi ki, «Xüləfa öz mənzilinə getsin; əgər bizim ona hər nə
sözümüz olarsa, özümüz onunla söhbətləĢərik». Xüləfa bu cavabdan ümumən qəlb
rahatlığı əldə etdi. Hamı belə təsəvvür edirdi ki, padĢah onun mənzilinə gedib,
onun könlünü arxayın edəcəkdir. Lakin onun evdə oturduğu iki gün sakit keçdi və
[Ġsmayıl mirzə ilə onun arasında] heç bir görüĢ baĢ vermədi. Həmin günlərdə
rumlu əmirləri adət üzrə ona yoldaĢ idilər. Üçüncü gün [Ġsmayıl mirzə] rumlu
əmirlərindən biri, dürüst və doğru etiqadlı bir türk kiĢisi olan Dəli Budağı çağırıb
soruĢdu ki, Xüləfa nə deyir? O, cavab verdi:
- Xüləfa padĢahın hökmündən boyun qaçırdığı üçün heyifsilənir və
peĢmandır. O, iĢarə olunacaq hər bir xidməti, hətta bu astananın itsaxlayanı olmağı
da canına minnət bilib, onu icra edəcəkdir.
Ġsmayıl mirzə dedi:
- Əgər sən doğru deyirsənsə və o, bizim əmrimiz qarĢısında mütidirsə, biz
onun göstərdiyi xidmətin müqabilində ona elə bir vəzifə tapĢırarıq ki, bu, onun
dünya və axirət dərəcələrinin yüksəlməsinə səbəb olar. Onu ulu MəĢhədin
qorçularının qorçubaĢısı təyin edirik ki, orada cinlərin və insanların imamı olan
həzrətin (Ġmam Rzanın) müqəddəs məqbərəsində xidmət göstərsin, həm Xorasanda
dünyəvi etibar əldə etsin, həm də axirət üçün savab qazanmıĢ olsun. Gərəkdir ki,
sən onu dərhal ata mindirib, yola salasan.
Belə olduqda Dəli Budaq, rumlu əmirləri və Xüləfanın digər tərəfdarları
bildilər ki, Ġsmayıl mirzənin ona etimadı yoxdur, onun orduda olması mümkün
deyildir və lovğalıq və qürur baĢı ali divanın vəkilliyinə əyilməyən bir Ģəxsə
MəĢhədin qorçubaĢısı olmaq kimi [aĢağı] bir vəzifənin təklif edilməsi qəzəb və
iltifatsızlıq əlamətidir. Çünki o, bu vəzifəni heç öz mülazimlərinə də rəva bilməzdi.
Bütün rumlu tayfası ondan uzaq durdu, hətta mülazimləri də onun evinin qapısına
getmədilər və o, öz vəziyyətinə mat-məəttəl qaldı. Bu əsnada Dəli Budaq gəlib,
ona Ģahın ismarıĢını çatdırdı və onun söz deməsinə imkan verməyərək, o saat onu
ata mindirib, Ģəhərdən bir fərsəx kənarlaĢdırdı. Sonra özü Ģəhərə qayıdıb, dərhal
onun yaraqlarını və əĢyalarını yükə tutaraq göndərdi. Xüləfa Damğana çatdıqda
Damğan hakimi olan Əli xəlifə Ağcaqoyunlu ona belə bir hökm təqdim etdi ki,
Xüləfa Damğanda qalmalıdır və bundan sonra isə [Ģah tərəfindən onun barəsində]
hər nə hökm olunarsa, ona əməl ediləcəkdir. Bir neçə gündən sonra Kor ġahəli
Rumlu ali əmrə əsasən, Damğana gedərək, onun (Xüləfanın) ibrət görən gözlərini
dünyanın əcaib və qəribə surətlərini müĢahidə etməkdən məhrum və xali edib,
onun görmə qabiliyyətini məhv etdi.
Xülasə, Ġsmayıl mirzə Xüləfanı Ģəhərdən çıxartdırdıqdan sonra onun
mənzilini tərk edib, Ģah atı («əsbi-Ģahi») meydanı ilə Pərixan xanımın evinin