335
hərəmxanaya getdi və günün axırına qədər iztirablı bir vəziyyətdə gah eĢiyə çıxıb,
gah içəri girib, özü üçün müəyyənləĢdirdi ki, həmin camaatın həbsi altında qalıb və
onun yardımçılarının və tərəfdarlarının içəri daxil olmağa macalı yoxdur.
O ki qaldı əmirlərə və dövlət ərkanına, onlar sübhə yaxm [ġah Təhmasibin
ölümü barədə] kədərli hadisədən xəbər tutdular. Əmiraslan xan ƏfĢar özü ilə
birlikdə Sultan Əhməd mirzəni də götürüb, Hüseynqulu Xüləfanın mənzilinə getdi.
Araz xan Rumlunun
oğullarının mənzilində olan Sultan Məhəmməd mirzə də
oraya gəldi və Ġsmayıl mirzə tərəfdarlarının hamısı oraya cəmləĢdilər. ġeyxavənd
camaatı, ustaclu tayfası, gürcülər və Sultan Heydərin digər tərəfdarları isə Hüseyn
bəy YüzbaĢının evinə toplaĢdılar. Onların baĢçıları Məsum bəy Səfəvinin oğlu
Sədrəddin xan
, Həmzə sultan TalıĢ, Seyid bəy Kəmunə, Əlixan bəy Gürcü və
Allahqulu xan Aycəkoğlu idilər. Onlar həmin mənzildə olan Sultan Mustafa
mirzənin hüzurunda cəmləĢdilər. Bəhram mirzənin oğlu Ġbrahim mirzə də oraya
gəldi. Xülasə, burada böyük bir dəstə yığıldı. Üzdə olan əmirlərdən Heydər sultan
Çabuq Türkman, Kirman
hakimi Qulu bəy ƏfĢar, möhürdar Məhəmmədqulu
Zülqədər, Mirzə Əli sultan Qacar və bəzi digərləri isə günün axırına kimi öz
mənzillərində qalıb, heç bir dəstəyə qoĢulmadılar.
Uzun sözün qısası, hər iki dəstə öz məqsədlərınə çatmaq üçün səy
göstərirdilər. Sultan Heydər tərəfdarları öz qüvvət və iqtidarlarına o qədər arxayın
idilər ki, o biri dəstəni hesaba almırdılar. Onların niyyəti bu idi ki, kütləvi surətdə
dövlətxananın qapısına gedərək, saraya daxil olsunlar, [Sultan Heydər] mirzəni ələ
keçirib, onu taxtda əyləĢdirsinlər və buna qarĢı çıxan hər bir kəsi dəf etməklə
məĢğul olsunlar. Onlar Qəhqəhə qalasında məhbus olan Ġsmayıl mirzədən xatircəm
idilər. Çünki qala rəisi («haris»)
Xəlifə Ənsar Qaradağlu onların müttəfiqi idi və
o, Sultan Heydər mirzə hakimiyyətə gəldikdən sonra [Ġsmayıl mirzənin] barəsində
hər nə hökm olunacaqdısa, ona əməl edəcəkdi. Amma onların arasında olan bəzi
aqil adamlar deyirdilər ki, keĢikdə duran qorçular dövlətxananın qapılarını
bağlayaraq Ģahzadəyə xilaf çıxdıqları bir halda, dövlətxananın qapısına getdiyimiz
zaman bizimlə onların arasında döyüĢün baĢ verməsi və o camaatın zərurət
üzündən Ģahzadəyə qəsd etməsi ehtimalı vardır. Buna görə də onlar hər saat öz
rəylərini dəyiĢdirib, baĢqa bir fikrə düĢürdülər. Ən nəhayət, belə qərara gəldilər ki,
günün sonunda keĢik növbəsinin dəyiĢəcəyi vaxta qədər səbir etsinlər və günün
axırında «bu gecə keĢik növbəsi ustaclu tayfasına məxsusdur və biz qaydaya uyğun
olaraq, öz xidmətimizi yerinə yetirməyə gedirik» deyə, bu bəhanə ilə dövlətxanaya
Tehran çapında (s.193) Dərs xan Rumlu yazılıb.
S-129, v.158b; S-297, v.122b.
S-129, v.158b; S-297, v.122b.
Haris - lüğəti mənası «mühafizəçi», «gözətçi» deməkdir. Ġsgəndər bəy MünĢi bir çox hallarda
hansısa məntəqədəki, xüsusən də qalalardakı qarnizonların komandirlərini «haris» adlandırır və onu
«kutval» termininin sinonimi kimi iĢlədir.