330
Sabuni tərzində duzlu Ģeirləri vardır və axırda qəzəl üslubunda tərəqqi etmiĢdi
.
Bu ali və təravətli beyt ondandır:
Beyt
«Mən öz dırnağımla [közü qoparıb] yaramı təzələyəcəyəm,
[Və qanım elə çıxacaq ki,]
Sanki bağımın güllərinə təravət vermiĢəm»
.
XOġA VAZLILARIN
MÜTRÜBLƏRĠN
VƏ NƏĞMƏ ƏHLĠNĠN ADLARI
Cənnətməkan Ģah dinin qadağan etdiyi iĢlərdən çəkindiyi üçün Ģəriət
nöqteyi-nəzərindən əyləncə əhlinin əhəmiyyəti və etibarı qalmamıĢ və bu
təbəqədən əĢrəfin xidmətində olanlar iĢdən çıxarılmıĢdılar. Ona görə də Ustad
Hüseyn Bəlyani və [hökmdarın] səadətli nağaraxanasının zurnaçısı olan Ustad
Həsəndən savayı, bu təbəqədən heç kəs [Ģahın] xidmətində deyildi. [ġah Təhmasib]
öz həyat əyyamının axırlarında hekayə danıĢmaqda yüksək dərəcəyə malik olan,
avazı və məlahətli səsi üfüqlərdə Ģöhrət tapmıĢ Hafiz Əhmədi, Hafiz Lələ Təbrizini
və s. kimi bu təbəqədən hələ də orduda qalmaqda olan məĢhurları da, Ģahzadələrin
onların söhbətlərinə rəğbət göstərəcəkləri, lələ və dədə
[mənsəblərinə malik]
olan bəzi əmirlərin onların ucbatından təbiətlərini illətə verəcəklərini və orduda
günahlara meyil və rəğbətin baĢ qaldıracağını ehtimal edərək, iĢdən çıxardı.
Zurnaçı Ustad Həsəni [onun-bunun] məclislərinə getdiyi üçün onu tutub məhbus
etdilər və axırda ona and içdirdilər ki, [hökmdarın] səadətli nağaraxanasından
savayı, heç bir [digər] yerdə zurna çalmayacaqdır. Amma həmin təbəqədən o
əsnada (ġah Təhmasibin ölümü vaxtı) sağ olan adamlar Ġsmayıl mirzə zamanında
yenidən orduya toplandılar.
Raməndi dili - qədim Ġran ləhcələrindən biridir. Hafiz Sabuni XVI əsrin Ġran Ģairlərindəndir. Əslən
qəzvinli olan bu Ģəxs müxtəlif dillərdə və ləhcələrdə Ģeirlər yazmağı bacarırdı (Sadiq bəy ƏfĢar.
Məcməül-xəvas. Müqayisəli mətnin tərtibi, tərcümə, transfoneliterasiya, ön söz, izahlar və adlar
göstəricisi Ə.Bağırovundur. Bakı, 2008, s.214; Seyid Mahmud Xeyri. Fərhəng-e süxənvəran və səra-
yəndeqan-e Qəzvin /be kuĢeĢ-e Nəqi ƏfĢari/. Qəzvin, 1370, s.56).
Mənbənin Bakı nüsxələrinin Ģairlərdən bəhs edən fəslində Mövlana Zəmiri, Mövlana Vəli, Qazı Nur
və ġərmi kimi Ģairlərin Tehran çapına düĢməyən bəzi digər beytləri də yer almıĢdır.
S-129, v.156a; S-297, v.120b.
Səfəviyyə təriqətində xəlifə, dədə, pirə kimi mənsəblər vardı və bunlar təriqət ideologiyasının
yayılmasına, qızılbaĢlar arasında təriqət ədəb-ərkanına riayət olunmasına xidmət edirdilər. Səfəvi
Ģahzadələrindən hər birinin lələsi (yəni qəyyumu) ilə yanaĢı, «dədə»si də olurdu. Lələ Ģahzadənin
dünyəvi baxımdan tərbiyəçisi və himayəçisi, dədə isə onun təriqət məsələləri üzrə müəllimi hesab
olunurdıı. Lələlər və dədələr qızılbaĢ tayfalarına mənsub Ģəxslərdən təyin edilirdi.