312
CƏNNƏTMƏKAN ġAHIN VƏFATI ZAMANI
SÖZ USTADLIĞI SAHƏSĠNDƏ ÇALIġAN ġAĠRLƏR
TƏBƏQƏSĠ VƏ NƏZM SAHĠBLƏRĠ HAQQINDA
«Ulu Tanrı insanlardan cərgələr qurdu,
Peyğəmbərlərin ardınca Ģairlər durdu.»
Sözlərə bəzək vurub, onları nəzmə çəkən və gözəl məna silsilələri tərtib
edən ali Ģairlər təbəqəsindən o zamanlar ulu orduda və “məmaliki-məhrusə”də Ģeir
qoĢmaq məharətinə malik olan Ģairlər və bəlağətli söz ustadları saysız-hesabsız idi.
Cənnətməkan Ģah həzrətləri öz hakimiyyətinin əvvəllərində bu təbəqənin halına
böyük hüsn-rəğbət göstərirdi. Hətta bir müddət [Ģairlərdən] Mirzə ġərəf Cahan və
Mövlana Hidayət hökmdarın yığıncağının həmsöhbətlərindən və müqəddəs
məclisin iĢtirakçılarından olmuĢlar. Lakin [ġah Təhmasib] həyatı əyyamının
axırlarında əmri-məruf və nəhyi-münkər məsələlərinə böyük diqqət yetirdiyindən
və bu ali təbəqəni (Ģairləri) içki düĢkünü sayaraq, onları salehlər və dindarlar
cümləsindən hesab etmədiyindən onların halına çox da hüsn-rəğbət göstərmir və
onları qitə və qəsidə yazmağa həvəsləndirmirdi. Mövlana MöhtəĢəm KaĢi o
həzrətin mədhinə bir qəsidə və zəmanənin hörmətli xanımı olan Ģahzadə Pərixan
xanımın mədhinə digər bir qəsidə nəzmə çəkərək, KaĢandan [saraya] göndərmiĢdi
Bu qəsidə adı çəkilən Ģahzadə (Pərixan xanım) vasitəsilə [Ģaha] ərz edilmiĢdi.
Bunun müqabilində cənnətməkan Ģah buyurmuĢdu:
- Mən razı deyiləm ki, Ģairlər məni mədh etməyə və tərifləməklə məĢğul
olsunlar. Qoy onlar qəsidələri «vilayət»in pənahı olan Ģah həzrətlərinin (Həzrət
Əlinin) və məsum imamlar həzrətlərinin - onlara salam olsun - mədhinə desinlər və
belə olan təqdirdə də mükafatı əvvəlcə o həzrətlərin müqəddəs ruhlarından, sonra
isə bizdən təvəqqe etsinlər. Çünki zərif fikirlərlə, yüksək mənalarla və
gerçəklikdən uzaq məcazlarla sözləri bəlağət sapına düzüb, hökmdarlara aid
edirlər. Bunların (Ģairlərin) yalanları onların (hökmdarların) bunun müqabilində
söylədikləri «əhsən»lərdən qaynaqlanır. Buna görə də Ģairlərin onların Ģəninə
dedikləri sözlərin əksəri yerli-yerində olmur. Amma əgər [Ģairlər öz Ģeirlərini]
müqəddəs həzrətlərə həsr etsələr və onların ulu niĢanəli Ģanını tərifləsələr, bundan
daha yaxĢı və münasib olar.
Nə isə, cənab Mövlana Ģeirin müqabilində əĢrəfdən mükafat ala bilmədi. Elə
ki bu xəbər Mövlanaya çatdı, o, mərhum Mövlana Həsən KaĢinin hidayət taxtının
sultanı olan Ģahi-vilayət həzrətlərinin (Həzrət Əlinin) Ģəninə nəzm sapına düzdüyü
həftbəndə sanki ilahi bir ilhamla cavab deyib, onu [Ģahın] hüzuruna göndərdi və
[bunun əvəzində] layiqli mükafat aldı. Bunu görən dövlətin paytaxtının Ģairləri
həftbəndlər deməyə baĢladılar. Onlardan əlli-altmıĢ nəfərə qədərinin parlaq
həftbəndləri tədricən [Ģahın] ərzinə çatdırıldılar və hamısı bəxĢiĢ və mükafatlar
almaqla iftixara və baĢucalığına nail oldular. Xülasə, indi bu təbəqədən olan,