292
Hidayət bəy ġirazi ali divanda sahibi-tövcih
idi. O, sabiq sahibi-tövcih
Xoca Həbibullanın qohumlarındandır. Onların nəslindən bir çoxları bu «vilayət»
niĢanlı [Səfəvi] sülaləsi qarĢısında müxtəlif xidmətlər göstərmiĢlər və Ģahanə
etimada layiq görülmüĢdülər. Sözügedən Ģəxs düĢüncəli, düzgün qələmli,
məlumatlı, sağlam nəfsli və pəhrizkar bir kiĢi idi.
Avaracanevislər arasında Xoca Məhəmməd Əmir Azərbaycan və ġirvanın
avaracanevisliyi ilə məĢğul idi. O, «Xan» ləqəbi ilə məĢhur olub, mustovfi Qasımın
oğlu idi və haqq-hesab məsələlərindən yaxĢı baĢ çıxarırdı.
Xoca RəĢid bəy ġiraz əsillidir və Hidayət bəyin qohumlarındandır. O, Ġraq
avaracanevisliyi ilə ĢərəfləndirilmiĢdi. Sufi xasiyyətli, dərviĢ görkəmli, pak etiqadlı
və Allahı tanıyan bir kiĢi idi.
Xorasanın və Kirmanın avaracanevisi Ağa Əsəd Nətənzi idi. «Suxtə»
(«yanmıĢ») adı ilə məĢhur olan Ģirazlı Əsədin oğlu Mir Nemətulla isə atasının
yerinə Fars [vilayətinin] avaracanevisi təyin olunmuĢdu.
Ağa Seyfəlmüluk Tehrani «mustovfi-yi ərbab-i təhavil»
vəzifəsində idi.
O, böyük istedada malik olmasa da, söhbəti xoĢ, sözü Ģirin olan parlaq bir insan idi.
Bu cəhətdən o, behiĢt bəzəkli məclisə yol taparaq, məclis iĢtirakçıları zümrəsinə
daxil olmuĢ və Ģahın hüsn-rəğbəti ilə əhatələnmiĢdi.
«Məmaliki-məhrusə»nin bövük vəzirləri arasında iki nəfər xüsusilə
əzəmətli, yüksək Ģöhrətli və iqtidar sahibi idi. Onlardan biri əvvəlcə vəziri-möhr
olmuĢ, sonra isə bütün Azərbaycanın və ġirvanın vəziri və müməyyizi təyin
olunmaq Ģərəfinə layiq görülmüĢ Mirzə Ətaulla Ġsfahanidir. Digəri isə yuxarıda
iĢarə edildiyi kimi, Xorasanın vəziri və müməyyizi olan Ağa Kəmaləddin
Zeynalibad Kirmanidir. Lakin cənnətməkan Ģahın vəfatı zamanı Ağa Kəmaləddin
artıq ölmüĢdü. YaĢlanmıĢ və qocalmıĢ Mirzə Ətaulla isə artıq o mənsəbdən azad
edilmiĢdi. Onların hər ikisi ağıllı, sağlam nəfsli və rəiyyətpərvər vəzir olmuĢlar.
Onların xeyirxahlığı və yaxĢı ad-sanı barədə söhbətlər Xorasanda və Azərbaycanda
xalqın dilində əzbərdir və onların əməlləri həmin vilayətlərdə örnək və qanun kimi
bir Ģeydir.
Cənnətməkan Ģahın vəfatı zamanı dövlətin əyalətlərində vəzirliklə məĢğul
olanlardan biri sabiq vəziri-tərxan
Xoca ġahhüseyn Saruninin oğlu Mirzə
Sahibi-tövcih - mustovfi əl-məmalikə tabe olan və ödəniĢlər üzrə qəbzlərin verilməsinə nəzarət edən
maliyyə məmuru idi.
«Mustovfi-yi ərbab-i təhavil» - büyutat təsərrüfatlarına təhvil verilən mülkiyyət, xammal və
məhsulların məsul nəzarətçisi idi.
Vəziri-tərxan - Səfəvilərin dövlət quruluĢuna dair ən mühüm mənbə sayılan Mirzə Səmianın
«Təzkirətül-müluk» əsərində və V.F.Minorskinin Səfəvilər idarəçilik sisteminə həsr olunmuĢ
tədqiqatında bu və ya buna bənzər adda dövlət vəzifəsinə rast gəlinmir. Lakin istilahın lüğəti mənasına
əsasən bəzi mülahizələr irəli sürmək mümkündür: 1) Tərxan sözü türkcə əmir deməkdir. «Tərxani» adlı
tarixi bir termin vardır ki, bu, həm təqaüd bildirir, həm də Elxanilər dövründə və
ondan sonra dövlət tərəfindən əmirlərə və s. dövlət qulluqçularına maliyyə və ya ərazi formasında
bağıĢlanan irsi tiyulları, bəxĢiĢləri ifadə edirdi (Məhəmməd Müin. Fərhəng-e farsi, c.I, Tehran, 1342,
s.1045). Əgər «vəziri-tərxan» ifadəsinin əslini «vəziri-tərxani» kimi qəbul etsək, onda belə çıxır ki, bu