288
müddət mustovfi mənsəbini hökmdarın dəftərxana avaracanevisləri
arasında
bölüĢdürüldü və hər bir mustovfi öz öhdəsinə düĢən iĢləri yerinə yetirməyə baĢladı.
Bir müddət isə [mustovfi əl-məmalik] səlahiyyətlərini icra etmək üçün bir-iki nəfər
naib təyin olundu. Nəhayət, yenidən yuxarıda adı çəkilmiĢ Mir Qiyasəddin
Mahmud mustovfi əl-məmalik vəzifəsinə gətirildi. O, heç də dərviĢsayaq
xasiyyətdən, nəfsi təmizlikdən və pəhrizkarlıqdan xali olan bir adam deyildi. Bu
dəfə onun xidmət müddəti davamlı oldu. Cənnətməkan Ģahın vəfatından üç il öncə
o, iĢdən çıxarıldı və yuxarıda adı çəkilmiĢ Mir ġükrulla bu rütbə ilə baĢucalığı
tapdı. O, Xoca Həbibulla Ġsfahaninin oğludur. Atası sağlam nəfsli, təmkinli,
vüqarlı, nəcib, yaxĢı xəttə malik, gözəl davranıĢlı bir kiĢi olub, neçə-neçə illər ali
divanda xidmət göstərməyə məmur edilmiĢdi və bir neçə il ulu dərgahda heç bir
divan mənsəbinə təyin olunmamasına baxmayaraq, behiĢt bəzəkli məclisə yol
tapıb, məclis iĢtirakçıları zümrəsinə və divannevislər
firqəsinə daxil edilmiĢdi.
Beləliklə, qeyd olunduğu kimi, Mir Qiyasəddin Mahmud ġəhristani iĢdən
çıxarılaraq, Mirzə ġükrulla ilə əvəz edildi və cənnətməkan Ģahın vəfatı
zamanınadək təkbaĢına həmin xidmətin həyata keçirilməsi ilə məĢğul oldu. Ġrəlidə
iĢarə ediləcəyi kimi, o, Ġsmayıl mirzə zamanında vəzir və etimadüddövlə oldu,
Ġsgəndər Ģanlı nəvvabın zamanında isə Xorasanın vəziri və müməyyizi
təyin
edildi, həm də [Ġmam Rzanın] feyz bəxĢ edən məqbərəsinin mülkiyyətinin
«touliyyət»i ona tapĢırıldı. Amma malik olduğu vüqardan irəli gələn və simasından
müĢahidə olunan təkəbbür və lovğalıq ucbatından və zəmanə xudpəsəndlərinin heç
də xoĢagəlimlilərindən olmadığı səbəbindən onunla Xorasanın bəylərbəyisi
arasında narazılıq yarandı və onun iĢləri lazım olduğu kimi getmədi. O, Damğana
gəlib, orada fani dünyadan əbədiyyət aləminə köçdü.
Mustovfivani-bəqavava gəldikdə isə, onların əvvəlincisi Ġsfahanın Məmuri
seyidlərindən olan Mir Hidayətulla Məmuridir. O, mustovfiyi-bəqaya təyin olundu
və qısa bir müddət mustovfi olduqdan sonra vəfat etdi. QardaĢı Mir Məhəmməd
Məmuri onun yerinə təyin edildi. O, haqq-hesab məsələlərini dərindən bilən bir
adam olub, on il həmin vəzifəni həyata keçirməklə məĢğul oldu. Amma axırda
onun xidməti əĢrəfin xoĢuna gəlmədi və onu iĢdən azad etdi.
Ondan sonra Mir ġahqazi Ġsfahani mustovfiyi-bəqaya təyin olundu. O,
Ġsfahan seyidlərindən idi və onların nəsli Əlaqəbənd seyidləri [adı] ilə məĢhurdur.
O, haqq-hesabdan baĢı çıxan, iĢi bacaran bir adam idi. Cənnətməkan Ģah
zamanında bir neçə il müməyyizlik və s. divan xidmətləri ilə məĢğul olmuĢdu və
iĢin öhdəsindən layiqincə gəlirdi. O, həzrətin vəfatına qədər sözügedən xidməti
Avaraca (avarecat) - elə bir kitaba və ya sənədə deyilirdi ki, onun əsasında fərdi vergi ödəyiciləri
tərəfindən vergilər ödənilirdi. Avaraca iĢlərinə avaracanevis adlı məmur rəhbərlik edirdi və o, mustovfi
əl-məmalikə tabe idi. Avaraca idarəsi yalnız dövlət torpaqları ilə bağlı olan vergilərlə məĢğul olurdu
O.А.Эфендиев. Aзербайджанскоe государства Сефевидов в XVI вeкe, c.269).
Divannevis - saray divanında yazı iĢləri ilə məĢğul olan məmur.
Müməyyiz – vilayət müfəttiĢi mənasındadır.